AFN.AZ / Qubad İbadoğlu:

Qubad İbadoğlu:

Qubad İbadoğlu:


Rutgers Universitetinin professoru, iqtisadçı - alim Qubad İbadoğlu Facebook sosial şəbəkəsində bir yazı ilə çıxış edib.



AFN xəbər verir ki, Q.İbadoğlu Azərbaycan əhalisinin artımı ilə bağlı təhlil aparıb. O yaxın 10 il ərzində əhalinin təbii artımının olmayacağını vurğulayıb.

İqtisadçı alimin feysbuk hesabında yazdığı həmin yazını sizlərə təqdim edirik:

"Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı pisləşib.

Bu gedişlə yaxın 10 ildə əhalinin təbii artımı olmayacaq.

1989-cu illə müqayisədə Azərbaycanın əhalisi 40,7 faiz artıb, gürcülər 31,44 faiz, ermənilər isə 9,12 azalıb. Lakin, 2011-ci ildən başlayaraq ölkəmizdə əhalinin artım tempi aşağı düşür. Belə ki, 2011-ci əhalinin təbii artımı 122310 nəfər, 2012-ci ildə 119452, 2013-cü ildə 118288, 2014-cü ildə 114855, 2015-ci ildə 111513 nəfər, 2016-cı ildə 102816 nəfər, 2017-ci ildə 86932 nəfər olub. Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı isə təqdim olunan dövrdə 2,4-dən 1,9-a düşüb. Fertillik -ümumi nəsilvermə əmsalı olmaqla reproduktiv dövr (15-49 yaşlı) ərzində bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir. Bu isə o deməkdir ki, bu templə davam edərsə bir neçə yaxın 10 ildə Azərbaycanda əhali artımı olmayacaq.
Bu İlin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 950 min 512 nəfərə çatmışdır, bu gedişlə əhalinin sayı 2019-cu ilin ortalarında 10 milyona çatacaq. Yeri gəlmişkən, ötən il əhalinin təbii artım tempi 0,9 faiz olduğu halda bu ilin 9 ayında müvafiq göstərici 0,5 faizə düşüb.

Görünür ki, əhalinin təbii artımındakı enişin başlıca səbəbi ölkədə 2015-c ildən başlayaraq boşanmaların, qız uşaqlarına görə abortların sayının artması, yaşam şərtlərinin pisləşməsinə baxmayaraq dövlətin uşaqlara qayğısının azalması, ölənlərin sayının artması və ölümün cavanlaşması, eləcədə xaricə miqrasiyanın çoxalmasıdır.

Hesab edirəm ki, əlaqədar orqanlar bu faktlara etinasız qalmamalı, xüsusilə də qız uşaqlarına görə abortların qarşısı alınmalıdır. Bununla yanaşı, təklif edirəm ki, son illərin inflyasiyasını və xüsusilə də uşaqların yaşayış minimumun kəskin artmasını nəzərə alaraq ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği ən azı 2 dəfə artırılmalıdır. Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikası Prezidentinin 2013-ci il 29 avqust tarixli 973 nömrəli Fərmanı ilə 2013-ci il 1 sentyabr tarixindən 90 manat müəyyənləşdirilib. Müqayisə üçün qeyd edim ki, 3 uşağa görə birdəfəlik yardım Almaniyada 588 avro, Danimarkada 733 dollardır. Bununla yanaşı, hesab edirəm ki, 18 yaşına qədər olan uşaqlar dövlətin hesabına məcburi tibbi sığorta paketinə malik olmalıdırlar. Bundan başqa, ailənin gəlirləri və ödənilən vergilərlə uşaqların sayı arasında da əlaqə yaradılmalı, aztəminatlı ailələrə, atasız və ya anasız uşaqlara xüsusi qayğı paketləri təqdim olunmalı, uşaqların sayına görə işləyənlər üçün gəlir vergisinin ödənilməsində güzəştlər tətbiq edilməlidir."

Qubad İbadoğlu:
11-10-2018, 23:15
Geri qayıt