Əsas Səhifə > Xəbər / Üst manşet / Son Dəqiqə > Əhməd Şahidov:

Əhməd Şahidov:


8-11-2018, 15:02.
title}
Əhməd Şahidov:


Ermənistan kütləvi informasiya vasitələrində verilmiş məlumata əsasən, həmin ölkənin müdafiə naziri vəzifəsinin icraçısı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri David Tonoyan Azərbaycan tərəfinin əsirlərin dəyişdirilməsinə dair təklifi barədə mətbuatdan oxuduğunu və rəsmi təklif almadıqlarını deyib.



Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasıisə bildirib ki, 29 aprel 2016-cı il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) ünvanladığı məktubunda hazırda hər iki tərəfdə saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir-girov götürülən şəxslərin, eyni zamanda meyitlərin 3 gündən gec olmayaraq qaytarılması ilə bağlı saziş layihəsinin hazırlanmasını təklif edib. BQXK bu təklifin Ermənistan tərəfinə çatdırıldığını və saziş layihəsi üzərində müvafiq iş apardığını bildirib.

Bununla yanaşı, Dövlət Komissiyası Dağlıq Qarabağ münaqişəsi bölgəsində itkin düşmüş şəxslərin axtarışı, əsir-girovların azad edilməsi üzrə Beynəlxalq İşçi qrupu (BİQ) ilə 2017-ci və 2018-ci illərdə Bakıda keçirdiyi görüşlər zamanı tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipiilə azad edilməsi məsələsini müzakirə edib. Bu təklif son iki ildə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər etmiş BİQ həmsədrləri – Bernhard Klazen (Almaniya), Svetlana Qannuşkina (Rusiya) və Paata Zakeriaşvili (Gürcüstan) tərəfindən Ermənistanın müvafiq qurumlarına çatdırılaraq müzakirə edilib.

Son dəfə cari ilin oktyabr ayında Ermənistana və işğal olunmuş Dağlıq Qarabağa səfər edən BİQ həmsədrləri Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə telefon əlaqəsi saxlayaraq, bu ilin noyabr ayının sonunda Gürcüstanın Tbilisi şəhərində hər iki ölkənin Dövlət Komissiyalarının görüşünün keçirilməsini planlaşdırdıqlarını və müzakirəyə çıxarılacaq mövzuları razılaşdırmaq istədiklərini bildiriblər.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası müzakirəyə çıxarılacaq əsas məsələnin hazırda tərəflərdə saxlanılan şəxslərin qısa müddətdə “hamının-hamıya” prinsipi ilə azad edilməsi mövzusu olacağı təqdirdə, Azərbaycan tərəfinin görüşə hazır olduğunu BİQ həmsədrlərinin diqqətinə çatdırıb.

Bundan əvvəl Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev komissiya üzvlərinə tapşırıqlar verib.

Azərbaycanlı girovların azadlığa buraxılması ilə bağlı beynəlxalq təşkilatlarda iş aparan hüquq müdafiəçisi Əhməd ŞahidovREAL Televiziyasına açıqlamasında Ermənistanın müdafiə naziri David Tonoyanın açıqlamasını məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndirib və Ermənistan tərəfinin girovların dəyişdirilməsi prosesinə gec də olsa, razılıq verdiyini deyib. Hələ bir-neçə il bundan əvvəl Azərbaycan tərəfinin ən müxtəlif səviyyələrdə girovların dəyişdirilməsi məsələsini qaldırdığını deyən Əhməd Şahidov Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu məsələ ilə bağlı bir-neçə dəfə çağırış etdiyini, o cümlədən Xarici İşlər Nazirliyi və vətəndaş cəmiyyətinin də bu məsələni dəfələrlə qaldırdığını deyib: “Son aylara qədər Ermənistan tərəfi bu təklifə müsbət cavab vermirdi. Lakin ötən illər ərzində cəbhədə situasiya xeyli dəyişib. 2014-cü ildə Arsen Baqdasaryan, 2017-ci ildə Zaven Karapetyan və bu ilin İyul ayında Karen Kazaryan təmas xəttində təxribata cəhd edərkən Azərbaycan silahlı qüvvələri tərəfindn saxlanılıb. Bundan sonra Ermənistan tərəfi girovlarla bağlı ritorikasını dəyişməyə məcbur olub. David Tonoyanın da son açıqlamasını məhz bucür qiymətləndirmək lazımdır.”

Bu ilin Noyabr ayının sonlarında Gürcüstanın Tbilisi şəhərində Ermənistan və Azərbaycan tərəfinin müvafiq qurumlarının görüşə biləcəyini deyən hüquq müdafiəçisi azərbaycanlı girovların bu ilin sonuna qədər azadlığa buraxılacağına inandığını deyib: “Azərbaycan tərəfi əsir-girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsini ilkin şərt olaraq, irəli sürüb. İnanıram ki, Tbilisi şəhərində baş tutacaq görüşdə əsir-girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olunacaq və azərbaycanlı girovlar bu ilin sonuna qədər azadlığa buraxılacaqlar”.


Geri qayıt