AFN.AZ / Azərbaycan səfiri ilə bağlı Ukrayna XİN-ə müraciət olundu-

Azərbaycan səfiri ilə bağlı Ukrayna XİN-ə müraciət olundu-

Azərbaycan səfiri ilə bağlı Ukrayna XİN-ə müraciət olundu-


Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin arzuolunmaz şəxs elan olunması ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinə müraciət olunub.

XəzərNews.az xəbər verir ki, müraciətin müəllifi Ukrayna Qafqaz Xalqları Konqresinin sədri, keçmiş diplomat Paşa Məmmədovdur.
Müraciətdə bildirilir ki, son iki ildə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev şəxsən ona və digər azərbaycanlılara qarşı qeyri-qanuni hərəkətlər edib. Səfir bütün beynəlxalq Konvensiyaları pozaraq Azərbaycandan olan keçmiş diplomatlarla bağlı Ukrayna hüquq-mühafizə orqanlarına müraciət edib.
Qeyd olunub ki, sonrakı mərhələdə səfir Azər Xudiyevə cinayət işinin açılmasıyla bağlı - diplomatik toxunulmazlığının ləğv edilməsindən ötrü məhkəməyə də müraciət olunacaq.

Müraciətin mətnini olduğu kimi təqdim edirik:

Qeyd edək ki, son aylar səfir Azər Xudiyev Azərbaycanın Ukraynadakı keçmiş səfir Tələt Əliyev və diaspor sədri, keçmiş diplomat Paşa Məmmədovla bağlı Ukrayna hüquq-mühafizə orqanlarına şikayət məktubları göndərib. Bu halın qanunsuz olduğunu diqqətə çatdıran hər iki diplomat ayrı-ayrı vaxtlarda Kiyevdə mətbuat konfransı keçiriblər. Məktublar mətbuatda çıxandan sonra vəziyyət gərginləşib. Diplomatlar arasında bu gərginlik Azərbaycan parlamentində də ciddi müzakirə olunub. Deputatlar baş verənləri Azərbaycanın xarici siyasəti üçün mənfi hal kimi dəyərləndiriblər. Onlar indiki səfirin məlum hadisələrlə bağlı Ukrayna hüquq-mühafizə orqanlarına deyil, Bakıya müraciət etməsinin doğru olduğunu bildiriblər. Azərbaycanın tanınmış politoloqları da bu məsələdə Azər Xudiyevin doğru addım atmadığını diqqətə çatdırıblar.

Azərbaycan səfiri ilə bağlı Ukrayna XİN-ə müraciət olundu-

Azərbaycan səfiri ilə bağlı Ukrayna XİN-ə müraciət olundu-

Azərbaycan səfiri ilə bağlı Ukrayna XİN-ə müraciət olundu-
8-11-2018, 17:04
Geri qayıt