AFN.AZ / Azərbaycanda Qlobal Ekologiya Fondunun milli dialoq seminarı keçirilib

Azərbaycanda Qlobal Ekologiya Fondunun milli dialoq seminarı keçirilib

Azərbaycanda Qlobal Ekologiya Fondunun milli dialoq seminarı keçirilib


12-13 noyabr 2018-ci il tarixlərində Azərbaycanda ilk dəfə Qlobal Ekologiya Fondunun Milli Dialoq seminarı keçirilib.



Qlobal Ekologiya Fondunun (QEF) ölkələrə dəstək proqramı çərçivəsində təşkil olunan seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin digər aidiyyəti dövlət qurumları, IDEA İctimai Birliyi, BMT-nin İnkişaf Proqramı və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Almaniya İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Dünya Bankı, Dünya Vəhşi Təbiət Fondu və digər qeyri-hökumət təşkilatları iştirak edib.

Seminarın keçirilməsində məqsəd QEF-in dəstəyi ilə ölkədə fondun istiqamətlərinə uyğun fəaliyyətlərin müəyyən olunmasıdır.
13-11-2018, 18:15
Geri qayıt