AFN.AZ / Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları Komitədə işlə təmin olunublar

Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları Komitədə işlə təmin olunublar

Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları Komitədə işlə təmin olunublar


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının 2017-2018-ci tədris ili üzrə təhsilini başa vurmuş üç xanım məzunu Komitədə işlə təmin olunub.



2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsindən 37 tələbə, o cümlədən 4 nəfər xanım məzun olub. Məzunlardan 13 nəfəri Azərbaycanın, 3 nəfəri Türkiyə və Macarıstanın universitetlərində təhsillərini davam etdirirlər, 9 nəfəri hərbi xidmətdədir. Üç nəfər xanım məzun isə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin əmri ilə müsabiqədən kənar işə qəbul ediliblər.

Ümumilikdə isə, Akademiyanın 8 məzunu hazırda Komitədə çalışır.

14-11-2018, 23:54
Geri qayıt