AFN.AZ / Abel Məhərrəmovun işdən çıxarılması xəbəri təsdiqləndi-

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri təsdiqləndi-

Abel Məhərrəmovun işdən çıxarılması xəbəri  təsdiqləndi-


Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərromovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

AFN-in xəbərinə görə, sərəncamda bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin".


Abel Məhərromov 1976-cı ildən Azərbaycan Dövlət Universitetində çalışırdı. O, əvvəlcə universitetdə baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb.

1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olub. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru idi.
15-11-2018, 16:39
Geri qayıt