AFN.AZ / Sumqayıt qatarındakı problemin səbəbi araşdırılır

Sumqayıt qatarındakı problemin səbəbi araşdırılır

Sumqayıt qatarındakı problemin səbəbi araşdırılır


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt-Bakı marşrutu üzrə saat 08:00-da yola düşməli olan elektrik qatarında yaranan problemlə bağlı məlumat yayıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, qatar texniki nasazlıq səbəbindən yola düşməyib. Hazırda problemin səbəbləri araşdırılır.

"Marşrut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb" ,- deyə S.Qədirova vurğulayıb.
11-02-2019, 10:30
Geri qayıt