AFN.AZ / Bakıda tələbələrin təqaüdlərindən pul tutulur

Bakıda tələbələrin təqaüdlərindən pul tutulur

Bakıda tələbələrin təqaüdlərindən pul tutulur


Bakıda tələbələr təqaüdlərinin tam verilməməsindən şikayətçidirlər.



AFN-in buta.media-ya istinadən verdiyi xəbərə görə, bu barədə sosial şəbəkədə yüzlərlə tələbə universitet səhifələrində yazıb.

Onlar bildiriblər ki, hər ay təqaüdlərindən faiz tutulsa da, fevral ayında tutulan pulun miqdarı daha çox olub. Belə ki, Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universitetində təqaüdlər 5-10 manat arası kəsilib.

Tələbələr bildiriblər ki, bu pul Tələbə Həmkarlar İttifaqı tərəfindən tutulub. Pedoqoji Universitetin tələbələri isə ümumiyyətlə fevral ayının təqaüdünü almayıblar.
17-03-2019, 14:34
Geri qayıt