AFN.AZ / Sabah Bakıda çiskin olacaq

Sabah Bakıda çiskin olacaq

Sabah Bakıda çiskin olacaq


Martın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

AFN Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, bununla belə, gecəyə doğru bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu yarımadada gecə 4-6°, gündüz 10-15°, Bakıda gecə 4-6°, gündüz 12-14° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7°, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti təşkil edəcək.
21-03-2019, 15:06
Geri qayıt