Əsas Səhifə > Xəbər / Üst manşet / Son Dəqiqə > Azərbaycan və Ermənistan jurnalistləri Bakı və Yerevana səfər edəcək

Azərbaycan və Ermənistan jurnalistləri Bakı və Yerevana səfər edəcək


15-04-2019, 20:42.
title}
Azərbaycan və Ermənistan jurnalistləri Bakı və Yerevana səfər edəcək


"Azərbaycan və Ermənistan jurnalistlərinin Bakı və Yerevana səfərləri təşkil olunacaq".

"Report"un Rusiya bürosu xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiyanın paytaxtı Moskva şəhərində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla keçirilən görüşdə razılığa gəlinib: "Bundan başqa, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrində kənd təsərüfatı ilə məşğul olan əhaliyə heç bir mane törədilməməsi və təhlükəsizliklərinin təmin olunması barədə də razılıq əldə olunub. Ermənistan tərəfinin buna hörmətlə yanaşacağına və sakinlərə işləməyə imkan yaradılacağına inanmaq istərdim".
Geri qayıt