AFN.AZ / Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində-

Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində-

Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində-


İsveçin paytaxtı Stokholm şəhərində Atatürkün Türk dünyası uşaqlarına armağan etdiyi "Uşaq bayramı" Stokholmda da qeyd edilib. Festivalda müxtəlif Türkdilli ölkələr iştirak edib. Uşaq Türk kültür festivalında Stokholmda Azərbaycan türklərinin möhtəşəm bayrağı dalğalanıb. Festivalda Azərbaycan “Tumurcuq” Dram Teatrının üzvləri təmsil olunublar. Azərbaycan heyətinə hər zaman “Tumurcuq” teatrına dəstək olan Türk Dram teatrının bədii rəhbəri Burcu Ada Soysopa da iştirak edib.



Bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“İsveçin Stokholm şəhərində "Kral baxçası" parkında təşkil olunan festivalda Stokholmda fəaliyyət göstərən “Tumurcuq” Dram Teatrının çadırı da yer alıb. Çadırda Azərbaycanın milli dəyərlərimiz sayılan Azərbaycan xalçaları (Qarabağ, Quba, Şirvan), milli geyimlərimiz, şirniyatlarımız və musiqi alətlərinin nümayiş olunub. Çadıra müxtəlif millətlərdən insanlar yaxınlaşıbxatirə şəkili çəkdiriblər. Özəlliklə Milli geyimdə olan “Tumurcuq” Dram Teatrının uşaq bölümünün aktyorları daha çox diqqət çəkiblər. Xarici qonaqlar onlarla şəkil çəkdiriblər. Üzərində Azərbaycan bayrağı dalğalanan çadıra, şəkil çəkdirməklə yanaşı, xaricilər Azərbaycan mədəniyəti və incəsənəti haqqında maraqlanıblar, xarici qonaqlara Xocalı soyqırımı broşürlər, irs jurnalı, Azərxalça və Azərbaycan çayı (Azərçay) təqdim olunub. “Tumurcuq” Dram Teatrı Avropada yaranan ilk teatrdır. Yeni yaranmasına baxmayaraq belə bir təşəbbüs göstərməsi hamımız üçün qürürvericidir. Uşaqlar Təbrizin “Traktor Sazi” Futbol Komandasına dəstək üçün klubun şarflarını taxıblar.
Teatrın rəhbərliyi onlara göstərdiyi dəstəyə görə, Stokholmdakı Azərbaycan diaspor təşkilatının sədri Səttar Sevgin dəstək göstərib. Teatrın rəhbərliyi Səttar Sevginə təşəkkürünü bildiriblər”.

Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində-
Azərbaycan uşaqlarının milli geyimləri xaricilərin diqqətində-
22-04-2019, 16:40
Geri qayıt