AFN.AZ / Xeyirxahlıq, Şəfqət və Nur çeşməsi...-

Xeyirxahlıq, Şəfqət və Nur çeşməsi...-

Xeyirxahlıq, Şəfqət və Nur çeşməsi...-


Güclü şəxsiyyət və dərin zəka sahibi olan Zərifə xanım həm də Ulu öndər Heydər Əliyevin etibarlı mənəvi dayağı idi



Beyləqan rayonunun sabiq icra başçısı, ötən il prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən kənarlaşdırılan Vaqif Abdullayev prezidentin mərhum anası, akademik Zərifə Əliyevanın doğum günü münasibətilə yazı yazıb. AFN həmin yazını təqdim edir:

Aprelin 28-də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü, nəcib və nəcabətli, əməlisaleh və insanpərvər Zərifə xanım Əliyevanın anadan olduğu gündür.

... Zərifə xanım Ulu Yaradanın Azərbaycan xalqına bəxş etdiyi ən böyük şəxsiyyətlərdəndir.
...Cəfakeş ana, qayğıkeş insan, görkəmli alim, sadiq dost, vəfalı ömür-gün yoldaşı və böyük vətənpərvər idi Zərifə xanım. Elm fədaisi, nur çeşməsi, şəfqət qaynağı idi Zərifə xanım.
...Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün yaradılmışdı Zərifə xanım Əliyeva.

Xeyirxahlıq, Şəfqət və Nur çeşməsi...-


...Zəngin tibb təcrübəsi və həyat müdrikliyi ilə seçilən Zərifə xanım Əliyeva üçün səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvazökarlıq, təmənnasızlıq təşkil edirdi.
...Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi. O, həmişə xüsusi qayğıya ehtiyacı olan tənha insanlara, kimsəsiz və yetim uşaqlara böyük diqqətlə yanaşırdı. Onun xatirəsini sadə xalqın yaddaşında ehtiramla yaşadan, həm də, bu mərhəmət və şəfqətdir.

Xeyirxahlıq, Şəfqət və Nur çeşməsi...-
Vaqif Abdullayeva


...Zərifə xanım fitri istedaı ilə elm tariximizdə öz zəngin imzası olan şəxsiyyətlərdəndir. Onun elmi cəsarəti ilə elmi təvazökarlığı bir-birini tamamlayırdı. Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəlidir. Görkəmli oftalmoloq, akademik A.Nesterov deyirdi ki, Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi.
...Zərifə xanım Əliyeva hər kəs tərəfindən ilk növbədə İşıqlı insan kimi göz önünə gəlir. Bu, təkcə Onun fitrəti və sənəti, şəfqəti ilə bağlı deyil, həm də çöhrəsindən sezilən ilıq, nurlu həyat sevgisi bəxş etməsindədir. İşıq Günəş, Günəş əbədi enerji, o isə həyat və əbədiyyət deməkdir. Zərifə xanım şəfalı əlləri və işıqlı siması ilə insanlara həmin nemətləri bəxş edirdi.
...Zərifə xanım mətin və mərd qadın kimi ən çətin və mürəkkəb günlərdə doğma vətəni Azərbaycana sonsuz sevgi və şəfqətini əsirgəməyibdir.
Zərifə xanımı Heydər Əliyevin təkcə ömür-gün yoldaşı deyil, həm də vəfalı dostu, sirdaşı, etibarlı sipəri idi. Müstəqil dövlət quruculuğu və milli-mənəvi dəyərlərin qorunmasında ömrünü şam kimi əridən Ulu öndər Heydər Əliyevə vəfalı sirdaş, arxa-dayaq olan Zərifə xanım xalqının, millətinə xidmət etmək üçün öz şəfasını əsirgəmək bilmirdi.
...Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınına böyük diqqət yetirməsində Zərifə xanımın şəxsi nümunəsi də mühüm rol oynayırdı. Güclü şəxsiyyət və dərin zəka sahibi olan Zərifə xanım Ulu öndərə etibarlı mənəvi dayaq idi.
...Zərifə xanımın vətən qarşısında, el qarşısında, millətimizə göstərdiyi xidmətlərdən çox danışmaq olar. Ancaq onun ən böyük xidmətlərindən biri ailə qarşısındakı xidmətləridir. Övladlarına olan münasibəti və məhəbbəti ilə analığın zirvəsində qərar tutmuşdu.
...Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
...Zərifə xanım Əliyeva istedadı və həyat enerjisi ilə gələcəkdə çox işlər görməyi düşünürdü. Ömrünün sonuncu anına kimi, O, həyatla, gələcək planlarla yaşayırdı.
...Bütün ömrünü insanlara xidmət işinə sərf etmiş bir insanın bu gün aramızda olmamasına inanmaq çox çətindir. Fəqət, görkəmli alimin, xeyirxah insanın, qayğıkeş ananın adının qədirbilən xalqımızın yaddaşında əbədi həkk olunması bu gün hər bir azərbaycanlı üçün təsəlliverici məqamdı.
...Amansız ölüm onu aramızdan aparsa da nur çeşməsi, parlaq sima olan əvəzolunmaz bu insan şirin xatirələri, şəfqət saçan təbəssümü ilə aramızdadır. Həm də işıqlı xatirəsi, nurlu əməlləri, ülvi arzuları ilə...
25-04-2019, 15:22
Geri qayıt