AFN.AZ / Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşları qəbul edəcək

Dövlət Komitəsinin rəhbərliyi qərb bölgəsində vətəndaşları qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mayın 21-də saat 10:00-da
Tovuz Rayon Heydər Əliyev Mərkəzində Tovuz və Şəmkir rayonlarının sakinlərini qəbul edəcək.



Həmin tarixdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Ağstafa və Qazax, sədr müavini Gündüz İsmayılov isə Gədəbəy rayon
sakinləri ilə görüşəcək. Qəbullar Ağstafa Rayon Heydər Əliyev Mərkəzi və Gədəbəy Rayon Heydər Əliyev Mərkəzində saat 10:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Rasim Tağıyev

Əlaqə vasitələri:

Mob: (055) 414 62 85

Telefon: 022 315 38 91

Elektron poçt ünvanları:

chairman@scwra.gov.az

info@scwra.gov.az

dk-tovuz@scwra.gov.az
16-05-2019, 12:25
Geri qayıt