AFN.AZ / Bakının Nizami rayonunda su xəttində qəza baş verib

Bakının Nizami rayonunda su xəttində qəza baş verib

Bakının Nizami rayonunda su xəttində qəza baş verib


Bakının Nizami rayonunda su xəttində qəza baş verib. Bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.



Məlumatda bildirilib ki, səhər saatlarında ərazidən keçən 150 mm diametrli xətt partlayıb.

Dərhal hadisə yerinə qəza xidməti cəlb edilib və xəttə suyun verilişi dayandırılıb.

Hazırda problem aradan qaldırılır və yaxın vaxtda əraziyə suyun verilişi bərpa ediləcək.
16-05-2019, 13:26
Geri qayıt