Əsas Səhifə > Xəbər / Üst manşet / Son Dəqiqə > “Oksigen” klinikasında əməliyyat zamanı xəstəyə infeksiya düşdü-

“Oksigen” klinikasında əməliyyat zamanı xəstəyə infeksiya düşdü-


10-06-2019, 16:28.
title}
“Oksigen” klinikasında əməliyyat zamanı xəstəyə infeksiya düşdü-


Son zamanlar özəl tibb mərkəzlərində baş verən ölüm hadisələri, soyğunçuluq, özbaşınalıq, neqativ hallar barədə vaxtaşırı mətbuatda məlumatlar yayılsa da, faktların araşdırılmadığı və vəziyyətin dəyişməməsi göz önündədir. Neqativ halların baş verdiyi belə yerlərdən biri də, “Oksigen” klinikasıdır. Klinika ilə bağlı mütəmadi şikayətlər eşidirik.

Adıçəkilən şikayətçilərdən biri 1966- cı il təvəllüdllü, Kəlbəcərdən məcburi köçkün Orucov Barat Nəriman oğludur.

AFN Tia.az-a istinadla bildirir ki, Barat Orucov sidik kanalına 6 mm ölçüdə daş düşməsi səbəbindən “Oksigen” Klinikasına üz tutub. Barat Orucovun yaxınının dediyinə görə, bu il mayın 18-də “Oksigen” klinikasında onu Vüsal həkim əməliyyat edib və daşı xaric ediblər. Lakin əməliyyatdan sonra Barat Orucovun vəziyyəti kəskin ağırlaşıb. Barat Orucov bir neçə başqa yerdə müayinədən keçib və məlum olub ki, əməliyyat vaxtı həkimlərin günahı üzündən onun orqanizminə infeksiya düşüb. Hansi ki, infeksiya xəstənin həyatı üçün böyük təhlükə yarada bilər. Klinikada xəstəyə infeksiyanın düşməsini onu əməliyyat edən Vüsal cərrah da etiraf edib. O bildirib ki,əməliyyat vaxtı belə şeylər ola bilir. Hal-hazırda “Oksigen” klinikasına əməliyyat üçün külli miqdarda pul verən Barat Orucovın vəziyyəti çox ağırdır və o sistem altındadır. Barat Orucovun yaxınları “Oksigen” klinikasına ödənilən pulu və bu biabırçılığa cavabdeh olmalarını tələb edirlər. Çünki “Oksigen” klinikası məsuliyyətə boynundan atır və aparılan əməliyyat nəticəsində sağlamlığı ağır vəziyyətə düşən Barat Orucova yaxın durmur.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Geri qayıt