AFN.AZ / İqbal Ağazadə biznesmen əmisi oğlunun ölüm səbəbini açıqladı -

İqbal Ağazadə biznesmen əmisi oğlunun ölüm səbəbini açıqladı -

İqbal Ağazadə biznesmen əmisi oğlunun ölüm səbəbini açıqladı -



Ümid Partiyasının sədri İqbal Ağazadə əmisi oğlunun ölümündən danışıb.

AFN xəbər verir ki, sabiq millət vəkili unikal.org-a açıqlamasında 49 yaşlı əmisi oğlu Abbasov Loğman Xudam oğlunun cənazəsinin iş yerinin yaxınlığında tapıldığını bildirib.

İqbal Ağazadə diqqətə çatdırıb ki, əmisi oğlu uzun müddətdir tikinti sektorunda sahibkar kimi çalışıb: "Loğman Abbasov ürək tutmasından dünyasını dəyişib. Mərhunm iş yerinin yaxınlığında ürək çatışmazlığından vəfat edib. Ölümündə hər hansı kriminal iz yoxdur".

***

Bakıda itkin düşmüş kişinin meyiti tapılıb.

AFN "Report"a istinadən xəbər verir ki, Xətai rayonunda iyunun 11-dən itkin düşən 49 yaşlı Abbasov Loğman Xudam oğlunun meyiti bir gün sonra həmin rayonun Sadıqcan küçəsində tapılıb.

Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.

Qeyd edək ki, L.Abbasov Ümid Partiyasının sədri İqbal Ağazadənin əmisi oğludur.
13-06-2019, 14:56
Geri qayıt