Əsas Səhifə > Xəbər / Son Dəqiqə > Bakının yeni həbi prokuroru kimdir? -

Bakının yeni həbi prokuroru kimdir? -


4-07-2019, 14:59.
title}
Bakının yeni həbi prokuroru kimdir? -


Baş prokuror Zakir Qaralovun əmri ilə Bakı şəhərinin Hərbi prokuroru vəzifəsinə təyin olunan İlyas Rzayevin tərcümeyi-halını təqdim edirik.



E-huquq.az xəbər verir ki, Rzayev İlyas Ramiz oğlu Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr və magistr təhsil pillələrini fərqlənmə diplomları ilə bitirib.

2005-ci ildən prokurorluq orqanlarına qulluğa qəbul edilərək ərazi hərbi prokurorluqlarında müstəntiq, böyük müstəntiq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət və Dövlət ittihamının müdafiəsi üzrə şöbələrinin prokuroru, Azərbaycan Respublikası Hərbi Prokurorunun köməkçisi, böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifələrində qulluq keçib.

İ.R.Rzayev prokurorluq orqanlarında qulluq keçdiyi müddətdə dəfələrlə mükafatlandırılıb. Azərbaycan Respublikası Baş Prokurorunun 03.07.2019 tarixli əmri ilə Bakı hərbi prokuroru vəzifəsinə təyin edilib.

Ailəlidir, iki oğul və bir qız övladı var.
Geri qayıt