Əsas Səhifə > Xəbər / Son Dəqiqə > Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?


5-07-2019, 19:43.
title}
Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?


Xəbər verdiyimiz kimi, Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Seyfulla Əzimov təyin edilib.

Qaynarinfo xəbər verir ki, S.Əzimov bu təyinatək Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) rəisi vəzifəsində çalışıb.

S. Əzimov 2009-cu ildə Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Daha sonra keçmiş Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunub. 2011-ci ildə S. Əzimov Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Üç ildən sonra isə ona daha böyük post - Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəis gətirilib.

Qeyd edək ki, 2019-ci il 20 iyun tarixinədək Daxili İşlər nazirinin birinci müavini postunu Vilayət Eyvazov tutub. O, iyunun 20-də daxili işlər naziri təyin edilib.
Geri qayıt