AFN.AZ / Bakıda dərman firması cərimələnib

Bakıda dərman firması cərimələnib

Bakıda dərman firması cərimələnib


Maliyyə Bazarlarına Nəzrət Palatası “Qırxbulaq” MMC-ni cərimələyib.



“Report”un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Binəqədi Rayon Məhkəməsinin 2 iyul 2019-ci il tarixli qərarından “Qırxbulaq” MMC-nin verdiyi apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Qırxbulaq” MMC dərman preparatlarının satışını həyata keçirən şirkətdir.
23-07-2019, 11:12
Geri qayıt