AFN.AZ / Fazil Mustafa ölümlə hədələnir

Fazil Mustafa ölümlə hədələnir

Fazil Mustafa ölümlə hədələnir


Məni ölümlə təhdid edənlərin kimliyini hüquq-mühafizə orqanlarının özləri araşdırıb, ortaya çıxarmalıdırlar.

AFN xəbər verir ki, bu sözləri sherq.az-a geniş müsahibəsində deputat Fazil Mustafa deyib. Millət vəkili bildirib ki, son günlər sosial şəbəkələrdə, xüsusən də feysbukda ona qarşı iyrənc kampaniya aparır, təhqir və təhdid edirlər:

"Bir ölkənin parlament üzvü ölümlə təhdid olunursa, aidiyyəti qurumlar araşdırmalıdır, bunların kim olduqlarını, nələrlə məşğul olduqlarını üzə çıxarmalıdırlar. Təəssüf ki, belə məsələlərlə bağlı yetərincə sağlam yanaşma yoxdur. Bu halda bizim müraciətimiz, tək hərəkət etməyimiz yetərincə effekt verməyəcək. Gərək hüquq-mühafizə orqanlarının özləri sosial şəbəkələrlə bağlı müəyyən addımlar atsınlar. Bu təhqir mafiyasını, saxta profil arxasında gizlənənləri tapmaq, şəxsiyyətini müəyyənləşdirmək elə də çətin deyil. Onların kimliyini müəyyənləşdirmək məncə problem deyil. Ciddi işləsələr saxta şəbəkə üzvlərini üzə çıxarmaq mümkündür”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafaya qarşı son günlər sosial şəbəkələrdə kampaniya aparılır. Bəzi profillər təhqir statuslarının şərhlərində millət vəkilini ölümlə də təhdid edirlər. Açıq şəkildə "bu deputat öldürülməlidir”, "Fazil Mustafanın başını kəsmək lazımdır” kimi çağırışlar edilir.
27-07-2019, 17:34
Geri qayıt