AFN.AZ / “Azərişığ”ın 1.5 milyonluq tenderi ilə bağlı qalmaqal

“Azərişığ”ın 1.5 milyonluq tenderi ilə bağlı qalmaqal

“Azərişığ”ın 1.5 milyonluq tenderi ilə bağlı qalmaqal


""Azərişıq” ASC-nin Abşeron rayonunun ərazisində torpaq sahələrinin suvarma sisteminin xarici elektrik təchizatı işlərinin həyata keçirilməsi üçün, güya, tender elan edib”.



Bunu tanınmış iqtisadçı ekspert Natiq Cəfərli deyib.

"Bu şirkətin nə təcrübəsi var, nə əlavə müqavilələri, nizamnamə kapitalı da cəmi 10 manatdır, - deyə o əlavə edib. - Qanun deyir ki, tenderi udmaq üçün şirkətlərin azı 3 illik təcrübəsi, audit hesabat olmalıdı, amma deyəsən bu şirkətin yeganə uğuru məmur qohum-əqrabası olmasıdır, yəni adamlar doğuşdan şanslıdırlar.

Deyəcəksiz ki, 1 mln 550 min manat nə puldu ki, ölkədə milyardlar yeyilir - haqlı ola bilərsiz, amma büdcə pulunu, dövlət şirkətlərinin pulunu məhz belə, xımır-xımır gəmirirlər, əvəzində dövlətçilikdən zaddan danışırlar. Bu gəmiricilərə görə bizdə "dövlətçilik" əvəzinə hələ ki, "çilikdövlət" alınır”.
9-08-2019, 11:04
Geri qayıt