AFN.AZ / Azərbaycan 1-ci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir

Azərbaycan 1-ci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir

Azərbaycan 1-ci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir


Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Ukraynada keçirilən Birinci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir.



Assosiasiyanın mətbuat xidmətindən verilən məlumata görə, dünyanın müxtəlif ölkələrinin, o cümlədən Türkiyə, Almaniya, Gürcüstan, Qatar, Səudiyyə Ərəbistanı, Küveyt, Qırğızıstan, Qazaxıstan və digər ölkələrin sağlamlıq turizmi təmsilçilərinin iştirak etdiyi forumda Azərbaycan da geniş nümayəndə heyəti ilə təmsil olunur.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev tədbirdə çıxış edərək, ölkəmizin sağlamlıq turizmi imkanları haqqında iştirakçılara geniş məlumat verib. Forum çərçivəsində iştirakçılar Ukraynanın məşhur sanatoriya-kurort müəssisələrinə səfər ediblər, oradakı imkanlar və təqdim edilən xidmətlar haqqında məlumatlandırılıblar.

İki davam edəcək forum müddətində ikitərəfli görüşlərin təşkili, qarşılıqlı əməkdaşlıqla bağlı müqavilələrin imzalanması nəzərdə tutulur.

Azərbaycan 1-ci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir
Azərbaycan 1-ci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir
Azərbaycan 1-ci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir
Azərbaycan 1-ci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir
Azərbaycan 1-ci Ukrayna Sağlamlıq Turizm Forumunda iştirak edir
9-08-2019, 16:40
Geri qayıt