AFN.AZ / “Azəriqaz”ın abonentləri artıb -

“Azəriqaz”ın abonentləri artıb -

“Azəriqaz”ın abonentləri artıb -


2019-cu ilin yanvar-iyul ayları ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 54 341 yeni abonent qeydiyyata alınıb. Bunun da 29 579-u Bakı, Abşeron və Sumqayıt, 24 762-i isə regionların payına düşür.



2019-cu ilin təkcə iyul ayı ərzində əhali sektoru üzrə 6 745 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4909-u Bakı, Abşeron və Sumqayıt, 1836-sı isə regionların payına düşür. Beləliklə, 01 avqust 2019-cu il tarixinə təbii qazla təmin olunan abonentlərin sayı ölkə üzrə 2 milyon 238 min 584-ə bərabərdir. Bu rəqəmin 2 milyon 207 min 831-i əhali, 30 min 753-ü qeyri-əhali sektoruna aiddir. Bundan başqa Bakı şəhəri üzrə təbii qazla təmin olunan abonentlərin sayı 862 004, regionlar üzrə isə 1 milyon 376 min 580 təşkil edir.

Onu da qeyd edək ki, qeyri-əhali sektoru üzrə 566 məscid və dini məbədin hər birinə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kub metr limit ayrılıb.
9-08-2019, 18:57
Geri qayıt