AFN.AZ / Güclü külək axşam saatlarınadək davam edəcək

Güclü külək axşam saatlarınadək davam edəcək

Güclü külək axşam saatlarınadək davam edəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, avqustun 11- də Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi ərazilərində külək əsir.

Şimal -qərb küləyi arabir Maştağada 38 m/s, Bakıda 33-36 m/s, Sumqayıtda 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 29 m/s, Qum adasında 26 m/s, Çilov adasında 22-25 m/s, Neftçalada 28-33 m/s, Xaçmazda 14-18 m/s, Nabranda 20 m/s, Neft daşlarında 20-23 m/s-dək güclənib.

Dəniz stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.8 metrə catır. Güclü külək axşam saatlarınadək davam edəcək.
11-08-2019, 11:46
Geri qayıt