Valideynlər övladlarını məktəbə göndərməyə bilər


50 yaşdan yuxarı müəllimlərin könüllü vaksinasiyasının pandemiya ilə mübarizədə həyatımızı asanlaşdıracağını düşünürəm.



Qaynarinfo xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi vaksinasiya olunacaq müəllimlərin siyahısını hazırlayıb:

"Bakı şəhəri üzrə 16 698, bölgələr üzrə 32 600-dən çox müəllimin vaksinasiyası gözlənilir".

Nazir qeyd edib ki, valideynlər övladlarını məktəbə göndərmək istəmirlərsə, onlayn resurslardan istifadə edə bilərlər:

"Məktəblər açıldıqdan sonra "Məktəblinin dostu" layihəsi davam etdiriləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu