Əzələ və oynaqlarınızda ağrılar var? - "Naproff Gel" istifadə edin!


Əzələ və oynaqlarınızda ağrılar, oynaqlarınızda degenerativ xəstəliklər varsa, gecikmədən NAPROFF gel alıb istifadə edin.


NAPROFF gel

Tərkibi:

Təsiredici maddə: 1 q gelin tərkibində 100 mq naproksen (naproksen natrium şəklində) vardır.

Farmakoterapevtik qrupu: Yerli istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparatlar.

İstifadəsinə göstərişlər: Naproff gel aşağıdakı hallarda yerli istifadə olunur:

İstifadə qaydası və dozası: Quru və təmiz dəriyə gel zolağını zədələnmiş sahənin ölçüsündən asılı olaraq çəkirlər (adətən 4 sm-ə qədər), zədələnmiş sahəyə yayıb tam sorulana qədər səliqə ilə yeridirlər. Preparat gündə 4-5 dəfə, adətən bir neçə saat interval ilə istifadə edilir.
Preparatı çəkdikdən sonra əlləri yumaq lazımdır.
Müalicənin davametmə müddəti xəstəliyin gedişindən və müalicənin effektivliyindən asılıdır.
Preparatı 4 həftədən artıq istifadə etmək olmaz. Əgər ağrı və şişkinlik saxlanarsa və ya 1 həftə müalicədən sonra vəziyyət pisləşərsə həkimə müraciət etmək lazımdır.
Dərinin qızarması və qıcıqlanması zamanı müalicəni dayandırmaq lazımdır. Əgər simptomlar saxlanarsa tibbi yardıma müraciət etmək lazımdır.
Naproff geli eyni vaxtda naproksen tərkibli digər preparatlar ilə (tabletlər, şamlar və s.) istifadə etmək olar.

Uşaqlar və yeniyetmələr

Preparatı uşaqlarda və 15 yaşa qədər yeniyetmələrdə istifadə etmək olmaz.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu