Avstraliyada kilsəyə hücumla bağlı 7 nəfər saxlanılıb


Avstraliya polisi aprelin 15-də Sidneydəki Xrist The Good Shepherd Kilsəsində ibadət zamanı hücumla bağlı aparılan istintaq çərçivəsində 7 nəfərin saxlanıldığını bildirib.


Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib.

Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirən Hudson, nəzarətə alınan 15-17 yaş arası 7 gəncin "ifrat və şiddətli bir ideologiyadan təsirləndiyini" iddia edib.

Hudson bildirib ki, saxlanılan şəxslər ictimaiyyət üçün təhlükə yaradır.

Yepiskop Mar Mari Emmanuel aprelin 15-də Sidneydəki Məsih The Good Shepherd Kilsəsində canlı yayımlanan xidmət zamanı hədəfə alınıb. Yepiskop və 3 nəfər yaralanıb, təcavüzkar isə tutulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu