Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib


Azərbaycanın ABŞ-dəki səfirliyi mayın 8-də Texas ştatının Hyuston şəhəri və ətraf ərazilərində yaşayan vətəndaşlar üçün konsulluq xidməti təşkil edəcək.



Bu barədə diplomatik missiyanın mətbuat xidməti bildirib.

“Səfirlik tərəfindən 8 may 2024-cü il tarixində Hyuston şəhərində ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün səyyar konsulluq xidməti təşkil olunacaqdır. Tələb olunan sənədlərə dair ətraflı məlumata link vasitəsilə keçid edə bilərsiniz: https://washington.mfa.gov.az/az/content/245/umumi-melumat. Müraciət etmək üçün consul@azembassy.us ünvanı ilə əlaqə saxlayaraq görüş vaxtı təyin etməyiniz xahiş olunur”, – səfirliyin sosial şəbəkə hesabında diqqətə çatdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu