İngiltərədə casusluqda günahlandırılan keçmiş donanma üzvü ölü tapılıb


Honq-Konq kəşfiyyat xidmətinin agenti olmaqda günahlandırılan Britaniya Kral Donanmasının keçmiş üzvü və Daxili İşlər Nazirliyinin immiqrasiya idarəsinin əməkdaşı Metyu Triket parkda ölü tapılıb.


37 yaşlı Metyu Trikett paytaxt Londonun qərbindəki Maidenhead qəsəbəsində yaşayırdı. Bildirilir ki, Trickett bazar günü həmin şəhərin Qrenfell Parkında ölü tapılıb.

Temza Vadisi bölgə polisi Trickettin ölüm səbəbinin yarılma ilə müəyyən edilə biləcəyini açıqlayıb.

Trickett tapıldıqda təcili tibbi yardım göstərilsə də, onun hadisə yerində öldüyü məlum olub.

Səlahiyyətlilər bazar günü parkda olanları məsələ ilə bağlı hər hansı məlumatı olduqda polisə müraciət etməyə çağırıb.

Daxili İşlər Nazirliyinin immiqrasiya zabiti olan Trickett 2007-2013-cü illər arasında Britaniya Kral Dəniz Qüvvələrində altı il əsgər kimi xidmət edib.

Trickettin "MTR Consulting" adlı özəl təhlükəsizlik firmasının sahibi olduğu da açıqlanıb.

Ötən həftə Chi Leung Wai və Chung Biu Yuen adlı şəxslər Trickett ilə birlikdə Milli Təhlükəsizlik Qanunu çərçivəsində məhkəməyə aparılıb və Honq Konq kəşfiyyatına kömək etməkdə ittiham ediliblər.

Məhkəmədə sözügedən şəxslər 20 dekabr 2023-cü il və 2 may 2024-cü il tarixləri arasında xarici kəşfiyyat xidmətinə faydalı olacaq məlumat toplamaq və müşahidələr aparmaqda ittiham edilib.

Şübhəlilərin Honq Konq kəşfiyyatının xeyrinə Böyük Britaniyada demokratiya tərəfdarı olan müxalifləri izlədikləri iddia edilib.

Bu şəxslərə qarşı başqa bir ittiham isə mayın 1-də İngiltərədəki ünvana zorla daxil olmaları ilə bağlı olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu