Türkiyədə zavodda güclü partlayış: Ölənlər var - YENİLƏNİB


İzmir Valiliyindən verilən məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib.

***

Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yerləşən metallurgiya zavodunda güclü partlayış baş verib.

AFN.az Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə HABAŞ şirkətinə məxsus müəssisədə qeydə alınıb.

Məlumata görə, partlayışdan sonra baş verən yanğın nəticəsində azı 6 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Yaralılardan üçünün vəziyyəti ağırdır. Dağıntılar altında qalan 8 nəfərin axtarışları davam etdirilir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu