Britaniya, Fransa və Almaniya Ukrayna danışıqlarına qoşulmaq istəyir
Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması üzrə Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlar zamanı bölgədə olacaqlar.
AFN.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, üç ölkə danışıqlarda milli təhlükəsizlik məsələləri üzrə müşavirlər səviyyəsində təmsil olunacaq. Almaniyalı anonim rəsmi görüşü ilkin mərhələ kimi qiymətləndirərək, bundan sonra əlavə müzakirələrin keçiriləcəyini bildirib. Danışıqların yekun formatı isə prosesin gedişindən asılı olacaq.
Mənbənin sözlərinə görə, Avropa müşavirləri danışıqlarda birbaşa iştirak etməyəcək, yalnız görüşün keçirildiyi məkana yaxın ərazidə olacaqlar.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
