Rubio G7 ölkələrinin müzakirə edəcəyi əsas mövzuları açıqlayıb
ABŞ dövlət katibi Marko Rubio G7 ölkələrinin xarici işlər nazirlərinin Fransada keçirilən görüşündə BMT-də hesabatlılıq və superintellekt texnologiyalarının inkişafı məsələlərinin müzakirə olunacağını bildirib.
AFN.az xəbər verir ki, Rubio bu barədə X sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, müzakirələrdə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində hesabatlılığın gücləndirilməsi və gələcək superintellekt texnologiyalarının inkişafına yönəlmiş innovasiya imkanları əsas yer tutacaq.
Dövlət katibi G7 ölkələrinin toplantısında iştirak etmək üçün Fransaya gəlib.
