Polşada silahlı hücumla bağlı araşdırma: Şübhəlinin evində 3 meyit tapılıb


Polşanın Krakov şəhərində 6 nəfəri qətlə yetirən silahlı hücumçunun evində 2 qadın və 1 kişiyə məxsus 3 meyit tapılıb. Meyitlərin hücumçunun ailə üzvlərinə aid ola biləcəyi bildirilir.

AFN.az xəbər verir ki, Polşa mətbuatının məlumatına görə, Krakovda saxlanılan hücumçunun Ostrovets-Şvyentokşiski şəhərindəki yaşayış ünvanında aparılan araşdırmalar zamanı 2 qadın və 1 kişiyə məxsus 3 meyit aşkarlanıb.

Polşanın Baş naziri Donald Tusk hadisə ilə bağlı açıqlamasında həyatını itirən 3 şəxsin hücumçunun ən yaxın ailə üzvləri ola biləcəyinə inandıqlarını bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu