Məcburi köçkünün zəbt etdiyi mənzil başqasına satılıb - VİDEO


Bakıda keçmiş məcburi köçkün ailəsi tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur.

Bu iddia ilə Xəzər TV-yə paytaxt sakini Seymur Qasımov müraciət edib. Onun sözlərinə görə, atasına məxsus mənzil vaxtilə Laçın rayonundan olan keçmiş məcburi köçkün ailəsi tərəfindən zəbt edilib.

Şikayətçi deyir ki, Nizami rayonu, Nəsimi küçəsi 29 ünvanında yerləşən mənzil daha sonra başqa şəxsə satılıb. Keçmiş məcburi köçkünlər mənzildən çıxdıqdan sonra ev möhürlənib, açarlar ərazi üzrə 34 saylı Mənzil-Kommunal İstismar Sahəsinə təhvil verilib. Amma həmin mənzilin kim tərəfindən və necə satılması ilə bağlı onlara məlumat verilməyib.

34 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Qardaşxan Hüseynov məsələyə belə aydınlıq gətirib: “Nəsimi küçəsi 29, mənzil 29-da Laçından məcburi köçkün ailəsi yaşayıb. Onlar doğma yurdlarına qayıtdı. Biz də mənzilin qapısını möhürlədik və açarı Mənzil Kommunal Təsərrüfatı Birliyinə, yəni özümüzün baş idarəmizə təqdim etdik. Sonradan vətəndaş Əmlak Məsələləri Dövlət Xidmətindən çıxarışı gətirib bizə və deyib ki, bu mənzil mənimdir. Biz də bu sənədin əsasında baş idarədən açarı alıb mülkiyyətçiyə təqdim etmişik. Əgər bu şəxs deyirsə ki, ev mənimdir, bu məsələyə məsul qurum 34 saylı Mənzil-Kommunal İstismar Sahəsi deyil. Biz əmlakın rəsmi sənədinə baxıb açarı vermişik. Məsələ məhkəmə predmetidir”.

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsindən isə bildirilib ki, Nəsimi küçəsi ev 29-da yerləşən 29 saylı mənzil Bakı şəhəri, 32 saylı dövlət notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bəşirov Alyoşa Vəzir oğlunun adına qeydiyyata alınıb və rəsmiləşdirilib.

Hazırda məsələyə Xətai Rayon Məhkəməsində baxılır.

Daha ətraflı süjetdə:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu