Süni intellektlə 129 milyon dollarlıq dələduzluqda 3 nəfərə ittiham irəli sürülüb



ABŞ-da süni intellekt texnologiyasından istifadə edərək şirkət rəhbərləri və vəkillərin kimliyinə girdikləri, bu yolla təxminən 129 milyon dollar mənimsədikləri iddia olunan 3 nəfər barəsində elektron dələduzluq və şəxsiyyət oğurluğu ittihamları ilə ittiham aktı hazırlanıb.

AFN.az xəbər verir ki, Nyu-York Rayon Məhkəməsinə təqdim olunan ittiham aktına əsasən, üç şübhəli il yarımdan çox müddət ərzində dünya üzrə minlərlə şirkəti hədəf alan süni intellekt dəstəkli dələduzluq sxemi vasitəsilə təxminən 129 milyon dollar əldə edib.

İngiltərə və ABŞ-dakı şirkətləri hədəf alan şübhəlilərin süni intellekt texnologiyası vasitəsilə şirkətlərin yüksək vəzifəli rəhbərlərinin səslərini, bəzi hallarda isə görüntülərini təqlid edərək telefon və ya videozənglər həyata keçirdikləri iddia olunur.

Məhkəmə sənədlərinə görə, şübhəlilər əlaqə saxladıqları şirkət əməkdaşlarını böyük bir hüquq firmasının vəkili ilə danışmağa yönləndiriblər.

Daha sonra vəkil kimliyinə girən şübhəlilərdən biri əməkdaşlara dünyanın müxtəlif bölgələrindəki bank hesablarına böyük məbləğdə pul köçürmələri barədə göstəriş verib.

Bildirilir ki, pul köçürmələri nəticəsində əldə edilən vəsaitlərin mənbəyini gizlətmək məqsədilə onlar kriptovalyutaya çevrilib, daha sonra şübhəlilər və hadisəyə cəlb olunmuş digər şəxslər arasında bölüşdürülüb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu