Bu ölkədə prezidentə qarşı cinayət işi açılıb
Paraqvayın Baş Prokurorluğu ölkə prezidenti Santyaqo Penya və bir sıra keçmiş dövlət rəsmiləri barəsində cinayət işi açıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya səbəb "Ueno Bank"da təxminən 3 milyon müştərinin hesablarının dondurulması ilə bağlı vəziyyətdir.
Baş prokuror Emiliano Fernandes məsələ ilə bağlı üç ayrı cinayət işinin başlanmasına göstəriş verib. İstintaq bankın fəaliyyətinə nəzarət və onun maliyyə sağlamlaşdırılması prosedurunu, dövlət vəsaitlərinin həmin bankda yerləşdirilməsini, eləcə də müxtəlif dövlət qurumlarının hazırkı və keçmiş vəzifəli şəxslərinin hərəkətlərini əhatə edir.
Bununla yanaşı, Paraqvay Konqresinin Deputatlar Palatası prezident Penyanın impiçmenti prosesinə başlanmasına səs verib. Müxalifət prezidentin "Ueno Bank"la ehtimal olunan əlaqələrini maraqlar toqquşması kimi qiymətləndirir.
Penya istefa verdiyini elan etsə də, kvorum olmadığı üçün Konqres onun istefasının qəbul və ya rədd edilməsi ilə bağlı səsvermə keçirə bilməyib.

