Harri Keyn "Bayern Münhen"lə müqaviləsini 2029-cu ilədək uzadıb
“Bayern Münhen” “Qızıl top” mükafatlı ingilis hücumçusu Harri Keynin müqaviləsini 2029-cu ilədək uzadıb.
AFN.az xəbər verir ki, klubun açıqlamasında Harri Keynin “Bayern Münhen”də qalacağı və onunla 2029-cu ilədək müqavilə imzalandığı bildirilib.
Harri Keyn isə “FC Bayern”də olmağın inanılmaz hiss olduğunu, stadionu, azarkeşləri və Münhen stadionunu sevdiyini deyib. O, komandalarının güclü olduğunu və Vinsent Kompani kimi əla baş məşqçilərinin olduğunu vurğulayıb. Futbolçu bu hissi yaşamağın ona böyük qürur verdiyini bildirib.


