Floridada helikopter qəzasında 1 nəfər ölüb 2 nəfər yaralanıb
ABŞ-ın Florida ştatında helikopterin dənizə düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
AFN.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsi ABŞ-ın X sosial media platformasında yaydığı paylaşımda dünən Mayami yaxınlığındakı Ki Biskeyn sahillərində kiçik helikopterin dənizə düşdüyünü açıqlayıb.
Qəza nəticəsində helikopterdə olan üç nəfərdən birinin həyatını itirdiyi, ikisinin isə yaralandığı bildirilib.
Mayami-Deid Şerif İdarəsinin açıqlamasında da yaralanan iki nəfərin xəstəxanaya çatdırıldığı və vəziyyətlərinin kritik, lakin stabil olduğu qeyd olunub.
İlkin araşdırmaya görə, qayıqları görüntüləmək məqsədilə havaya qalxan “Robinson R44” tipli helikopter uçuşdan təxminən 7 dəqiqə sonra Biskeyn körfəzinə düşüb.
ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) qəza ilə bağlı araşdırmaya başlayıb.
