Ərdoğandan Azərbaycana səfəri ilə bağlı AÇIQLAMA



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib.

AFN.az xəbər verir ki, o, bu barədə yerli mediaya açıqlama verib.

“Fövqəladə vəziyyət yaranmasa, noyabrın 8-də Azərbaycana səfər etməyi planlaşdırıram. İnşallah, bu səfər vasitəsilə də zəruri addımları atmaq imkanımız olar”, - deyə Ərdoğan bildirib.

Türkiyə lideri Azərbaycan Prezidenti İlham Əliyevlə həyata keçirdiyi telefon danışığını da xatırladıb.

“Hər zaman dediyim kimi, bizim Azərbaycanla münasibətlərimiz klassik diplomatik təmaslardan daha artıqdır. İki ölkənin qopmaz bağı ortaq tariximizin, mədəniyyətimizin, talehimizin və gələcəyimizin məhsuludur. Türkiyə və Azərbaycan qardaşlığının aşa bilməyəcəyi heç bir əngəl yoxdur”, - Ərdoğan vurğulayıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu