Bakıda qəzaya düşən “BMW” klinikaya girdi - FOTOLAR


Bu gün Bakı şəhəri Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Cəfər Xəndan küçəsində “BMW” və “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə idarəetmədən çıxan “BMW” səkiyə çıxaraq “Universal Hospital”ın binasına çırpılıb.

Hadisə zamanı avtomobillərə və klinikaya xeyli zərər dəyib. Binanın şüşələri qırılıb.

Fotolar: AZƏRTAC






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu