Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb


Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb.

AFN.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadən məlumat yayıb.

Cənubi Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi uçuşla bağlı məlumatları təhlil edir.

Qeyd edək ki, Cənubi Koreya hərbçiləri oktyabrın 29-da da Şimali Koreyanın Yapon dənizi istiqamətində naməlum mərmi buraxdığını bildirmişdilər. Lakin sonradan həmin buraxılışın qısa mənzilli ballistik raketlərə aid olduğu açıqlanmışdı.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu