Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk uşaq ölümü qeydə alınıb
ABŞ-ın Nyu-York ştatının qubernatoru Keti Hokul açıqlamasında ştatın Lüis dairəsində bir uşağın qızılcaya yoluxduqdan sonra həyatını itirdiyini bildirib.
AFN.az xəbər verir ki, ABŞ-ın Nyu-York ştatında 30 ildən sonra qızılca səbəbindən ilk uşaq ölümü baş verib.
Uşağın vəfatından böyük kədər duyduğunu bildirən Hokul bu hadisənin Nyu-Yorkda son 30 il ərzində qızılca səbəbindən qeydə alınan ilk ölüm olduğunu qeyd edib.
Hokul bu ölüm hadisəsinin getdikcə daha çox ailənin peyvənddən imtina etməsi ilə əlaqəli olduğunu deyib. O, bunun ictimai sağlamlığın qorunması mexanizmlərinin zəiflədiyinin göstəricisi olduğunu vurğulayıb.
Hokul bu ölümün ABŞ rəhbərliyinin amerikalıları qarşısı alına bilən xəstəliklərdən qorumaq sahəsində onilliklər ərzində əldə edilən irəliləyişi bilərəkdən zəiflətməsinin nə qədər ağır nəticələrə səbəb ola biləcəyini göstərən sarsıdıcı xatırlatma olduğunu iddia edib.
Yerli səhiyyə rəsmilərinin açıqlamasına görə, bu ilin əvvəlindən indiyədək Lüis dairəsində 15 qızılca hadisəsi qeydə alınıb.
