Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb


Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

AFN.az xəbər verir ki, 39 yaşlı hakim İspaniyada yerli "Selta" və Belçikanın "Yunion" komandaları arasında keçiriləcək Liqa mərhələsinin IV turunun matçını idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

Xatırladaq ki, "Selta" - "Yunion" oyunu noyabrın 5-dən 6-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu