NATO müttəfiqləri Brüsseldə Ukraynanı müzakirə edəcək
NATO müttəfiqləri Ukraynadakı müharibəni Brüsseldə müzakirə edəcək.
NATO sözçüsü Ellison Hart yazılı açıqlamasında Ukraynadakı müharibənin sona çatdırılmasına yönəlmiş diplomatik təmasların davam etdiyini bildirib.
AFN.az xəbər verir ki, NATO nümayəndələri Rusiya-Ukrayna müharibəsinin ədalətli və davamlı şəkildə başa çatdırılması istiqamətində diplomatik səylər çərçivəsində bu həftə Brüsseldə ABŞ, Britaniya, Fransa və Almaniya nümayəndələri ilə görüşəcəklər.
Hart Mayami və Osloda keçirilən görüşlərin davamı olaraq NATO nümayəndələrinin Ukraynadakı müharibənin ədalətli və davamlı şəkildə başa çatdırılması üçün atılacaq addımları müzakirə etmək məqsədilə bu həftə Brüsseldə Fransa, Almaniya, Britaniya və ABŞ nümayəndələri ilə bir araya gələcəyini bildirib.
Görüşün dəqiq tarixi, iştirakçıların hansı səviyyədə təmsil olunacağı və gündəliyi ilə bağlı ətraflı məlumat verilməyib.
ABŞ-ın təşəbbüsü ilə Ukraynadakı müharibənin sona çatdırılması məqsədilə aparılan diplomatik səylər çərçivəsində Mayami və Osloda görüşlər keçirilib.
Sözügedən təmaslarda mümkün sülh sazişinin şərtləri ilə yanaşı, Ukraynaya veriləcək təhlükəsizlik təminatları və müharibədən sonrakı Avropa təhlükəsizlik arxitekturası kimi məsələlər ön plana çıxır.
NATO və Avropalı müttəfiqlər Ukraynada davamlı sülhün təmin edilməsinin və ölkənin uzunmüddətli təhlükəsizliyinin təminat altına alınmasının vacibliyini vurğulayırlar.
