Lavrov sabah Türkiyəyə gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sabah Ankaraya səfər edəcək. Onun xarici işlər naziri Hakan Fidanla görüşündə bir çox mövzular müzakirə olunacaq.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Lavrov sabah Ankarada xarici işlər naziri Hakan Fidanla görüşəcək.
Fidanın rusiyalı həmkarı ilə görüşündə ikitərəfli əməkdaşlıq məsələləri, xüsusilə ticarət, enerji və turizm hərtərəfli müzakirə olunacaq.
Görüşdə Ukraynadakı müharibənin diplomatik səylərlə ədalətli və davamlı sülhlə sona çatması ilə bağlı fikir mübadiləsi aparılacaq. ABŞ və Rusiya arasında son təmaslar və Türkiyənin bu prosesə verə biləcəyi töhfələr qiymətləndiriləcək və 2022-ci ilin martında Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyi edən Türkiyənin bu rolu qarşıdakı günlərdə boynuna götürməyə hazır olduğu vurğulanacaq.