Balıq tutmağa gedən şəxsin meyiti tapıldı


Lənkəranda kişi meyiti tapılıb.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Ürgə kəndi ərazisindən keçən Viravul çayında qeydə alınıb.

Belə ki, Liman şəhər sakini, 1969-cu il təvəllüdlü Fizuli Allahyar oğlu Həsənov çayda balıq tutarkən naməlum şəraitdə dünyasını dəyişib. Onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Hadisənin baş verdiyi ərazidən yüksək gərginlikli elektrik xətlərinin keçdiyi bildirilir. Bu səbəbdən kişinin elektrik cərəyanının təsirindən ölmüş ola biləcəyi ehtimal edilir. Həmçinin mərhumun ürək xəstəsi olduğu deyilir.

Ölümün dəqiq səbəbi məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu