Kvant kompüterlərin öz xətalarını düzəltməsi istiqamətində mühüm irəliləyiş əldə olunub



Kvant kompüterlərin qarşısındakı ən böyük maneələrdən biri olan xətaların düzəldilməsi prosesində mühüm mərhələ keçilib. 

AFN.az xəbər verir ki, ABŞ-lı tədqiqatçılar böyük həcmli hesablamalar zamanı yarana biləcək xətaları real vaxt rejimində aşkarlayıb düzəldə bilən yeni sistem hazırlayıblar.

Nature Physics jurnalında dərc olunan yeni tədqiqat kvant sistemlərində xaos yaratmaq və daha sonra bu xaosu nəzarət altına almaq prinsipinə əsaslanan ikimərhələli mexanizmi ortaya qoyur.

Klassik kompüterlərdəki bitlərdən fərqli olaraq, superpozisiya vəziyyətində işləyən həssas kubitlər istilik və hərəkət kimi ətraf mühit amillərinin təsirinə asanlıqla məruz qala bilir. Bu vəziyyət hesablamaların etibarlı şəkildə aparılması üçün xətaların davamlı və real vaxt rejimində yoxlanılmasını zəruri edir.

Tədqiqatçılar yeni yanaşmalarını sınaqdan keçirmək üçün 156 kubitlik IBM Quantum Heron prosessorundan istifadə edərək eyni vaxtda 100-ə qədər kubiti bir-birinə bağlayıblar. Sistem xaosun yayılması və zərurət yarandıqda kubitlərin sıfırlanması olmaqla iki alternativ tapşırıq üzrə qurulub.

Ümumilikdə, təxminən 5 min kubit əməliyyatını əhatə edən nəzarət və sıfırlama dövrü həyata keçirilib və sistemin sabit işləməsi təmin olunub.

Hazırlanan əks-əlaqə dövrəsi hələ kommersiya sistemlərində istifadə üçün tam hazır olmasa da, gələcəkdə dərmanların hazırlanması, hava proqnozlarının verilməsi və süni intellekt kimi mürəkkəb sahələrdə tətbiq olunacaq kvant kompüterlərin sabit işləməsi üçün möhkəm zəmin yaradır.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu