Robert Fikonun Aİ-ni Ukrayna ilə bağlı danışıqlarda təmsil etməsi təklif olunur


ABŞ-lı hərbi tarixçi və milli təhlükəsizlik məsələləri üzrə ekspert Devid Payn Slovakiyanın Baş naziri Robert Fikonun Ukrayna müharibəsinin nizamlanması ilə bağlı danışıqlarda Avropa İttifaqını (Aİ) təmsil edə biləcəyini bildirib.

AFN.az xəbər verir ki, bu barədə Payn “X” sosial şəbəkəsində paylaşım edib.

ABŞ Quru Qoşunlarının qərargahında xidmət etmiş istefada olan zabitin fikrincə, Fiko Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə aparılacaq sülh danışıqlarında Aİ-nin nümayəndəsi olmaq üçün ən uyğun namizəddir. O, bu vəzifəyə Macarıstanın keçmiş Baş naziri Viktor Orbanın da uyğun ola biləcəyini qeyd edib.

Qeyd edək ki, iyunun 18-19-da keçirilən Aİ sammitində üzv ölkələr Rusiya ilə danışıqlarda iştirak edəcək nümayəndənin namizədliyi və mümkün danışıqların məzmunu barədə razılığa gələ bilməyiblər. Müzakirələrdə nəticə əldə olunmadıqdan sonra Aİ ölkələri danışıqlar üçün hələ vaxtın yetişmədiyini bildiriblər. Onlar həmçinin Avropa İttifaqının vasitəçi olmayacağını, Ukraynanın tərəfində çıxış edəcəyini bəyan ediblər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu