ABŞ-ın yeni sülh planında Ukraynanın NATO üzvlüyündən imtinası yer alır


ABŞ Ukrayna münaqişəsinin nizamlanması üçün Kiyevin NATO üzvlüyündən imtinasını, Donbasda demilitarizasiya zonasının yaradılmasını və “Şimal axını” qaz kəmərinin fəaliyyətinin bərpasını nəzərdə tutan yeni sülh şərtləri təklif edib.

AFN.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı Ukrayna rəsmiləri arasındakı mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqtonun son təklifləri Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını, Moskvanın ABŞ-la biznes müqavilələri bağlamaq imkanının yaradılmasını və Avropaya qaz tədarükünün bərpasını da əhatə edir.

Bunun müqabilində Ukraynaya investisiya paketi və Avropa İttifaqına üzvlük perspektivi təklif olunur. Jurnalın məlumatına əsasən, bu şərtlər Kiyevin NATO-ya qoşulmaqdan imtina etməsini nəzərdə tutur.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu