İlon Mask: Gələcəkdə süni intellekt özünü özü idarə edəcək
İlon Mask gələcəkdə hətta varlı insanların belə süni intellektə nəzarət edə bilməyəcəyini düşünür.
AFN.az xəbər verir ki, Mask ABŞ-li yazıçı Valter Ayzeksona verdiyi müsahibədə süni intellektin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Gələcəkdə pulun əhəmiyyətini itirəcəyini iddia edən Mask bildirib ki, hətta guya varlı insanların belə süni intellektə nəzarət edəcəyini düşünmür və onun özünü özü idarə edəcəyinə inanır.
Mask insanların işləməsələr belə, müxtəlif hobbilərlə məşğul olaraq xoşbəxt olmağın yollarını tapacaqlarını irəli sürüb. O, insanların edə biləcəyi və süni intellektlə robotların daha yaxşı bacarmayacağı heç bir işin qalmayacağını deyib.
Digər tərəfdən, Mask süni intellektə nəzarət etmək üçün qurumun yaradılmasının və qaydaların müəyyənləşdirilməsinin uzun vaxt aparacağını bildirib. O, süni intellekt modeli istifadəyə verilməzdən əvvəl şirkətlərin rəqiblərinə müraciət edərək sistemi sınaqdan keçirmələrini istəyə biləcəklərini təklif edib.
Maskın fikrincə, rəqiblər bu məsələdə bir-birlərinə qarşı dürüst davranardılar. O, rəqib şirkətin süni intellekt modeli vasitəsilə nüvə bombası hazırlamağın mümkün olduğunu bildirməsi halında, sistemi istifadəyə verməzdən əvvəl tənzimləməyin vacibliyinin qəbul ediləcəyini söyləyib.

